İranlı nazir Azərbaycan ilə münasibətlərin inkişafı üçün səfirə göstəriş verdi (Video izlə)

İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

Səfir nazirə Tehran-Bakı ikitərəfli münasibətlərindəki son hadisələr və gündəmdə olacaq məsələlər barədə hesabat təqdim edib.

Hüseyn Əmir-Abdullahian iki qonşu ölkə arasında müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı və möhkəmlənməsi üçün Musəviyə lazımi göstərişlər verib. Nazir yaxın gələcəkdə iki tərəf arasında Birgə İqtisadi Komissiyanın iclasının keçiriləcəyini vurğulayıb.

Related posts

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik

Rafael Qrossi Fordo və Nətənzdə

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!