İranlı general: İsrailə qarşı gizli əməliyyatda 40 min saatlıq müşahidə görüntüləri və nüvə obyektləri ilə bağlı kritik məlumatlar ələ keçirilib

İranın “Ofuq” televiziyasına danışan SEPAH-ın ehtiyatda olan briqada generalı Kənani Moqəddəm, İsrailə qarşı həyata keçirilən gizli kəşfiyyat əməliyyatının detalları barədə açıqlamalar verib. O bildirib ki, əməliyyat nəticəsində İsrailin yüksək həssas obyektləri də daxil olmaqla, təhlükəsizlik kameralarından 40 mindən çox saatlıq görüntü materialı ələ keçirilib.

Bundan əlavə, bölgədəki casus şəbəkələrinin hesabları və parolları, eləcə də İsrailin bəyannamə verilmiş və verilməmiş nüvə obyektlərinin dəqiq koordinatları və texniki detalları əldə olunub.

General Moqəddəm həmçinin qeyd edib ki, artıq sionist rejimin nüvə başlıqlarının saxlanıldığı yerlər, eləcə də Mossad-ın bölgədəki gizli qərargahlarının ünvanları İranın əlindədir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib