İranın Təhlükəsizlik Şurasına məktubu: Amerika regionda terrorun əsas dəstəkçisidir

İran BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib: Amerika Birləşmiş Ştatları həm regionda, həm də beynəlxalq miqyasda terrorizmin əsas dəstəkçisi və təbliğatçısıdır.

Qafqaztimes xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2024-cü il avqustun 8-də “terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdid” mövzusunda keçirdiyi açıq iclasından sonra, İran Təhlükəsizlik Şurasına ünvanladığı məktubda etirazını bildirib.

Məktubun mətnində yazılıb:

“Sözügedən görüşdə Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Rusiya Federasiyası nümayəndəsinin bəyanatlarına cavab olaraq iclasın gündəliyindən kənara çıxaraq, İran İslam Respublikasına qarşı bölgədə terrorun dəstəklənməsinə dair əsassız, çaşdırıcı və saxta ittihamlar səsləndirib.

İran İslam Respublikası Amerika Birləşmiş Ştatlarının nümayəndəsinin bu əsassız ittihamlarını və məsuliyyətsiz davranışını qəti şəkildə rədd edir və pisləyir. Aydındır ki, İran İslam Respublikası deyil, Amerika Birləşmiş Ştatları həm regionda, həm də beynəlxalq miqyasda terrorizmin əsas sponsoru və təbliğatçısıdır.

Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasını ittiham etməsi gülünc və utancvericidir. Bir halda ki, Amerika İsrail rejiminin qatı dəstəkçisidir. O bu rejimin soyqırımını dəstəkləyir və sionistlərə böyük miqdarda silah-sursat verməklə uşaqlar və qadınlar da daxil olmaqla günahsız Fələstin xalqının qətliamını, Qəzzə zolağında axan qan və terroru uzadır.

Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının Suriyanın işğal olunmuş ərazilərində “Cəbhət ən-Nusra” kimi BMT-nin siyahısına salınmış terror qruplaşmalarına dəstək verməsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, beynəlxalq hüququn, və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ziddinədir. Bu ABŞ-ın regionda terrorizmin əsas sponsoru olmasının daha bir sübutudur.

Belə bir qaranlıq keçmişə malik olan Birləşmiş Ştatlar kimisə ittiham etmək və Birləşmiş Millətlər Təşkilatının digər üzvlərinə moizə oxumaq mövqeyində deyil.
Bu yazışmalar Təhlükəsizlik Şurasının sənədi kimi qeydə alınsa və yayılsa, minnətdar olarıq.”
Alalam

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Qəzza Qəssabı dünyanı xilas edəcək?

2 şərhlər

help seniors move Avqust 13, 2024 - 9:02 axşam

This is a well-written and informative post. Your clear and concise writing style makes it easy to understand the topic, and the practical examples you provided were particularly helpful. Thank you for creating such a comprehensive resource.

celebio Avqust 15, 2024 - 1:27 axşam

Your passion for your subject matter shines through in every post. It’s clear that you genuinely care about sharing knowledge and making a positive impact on your readers. Kudos to you!

Add Comment