Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının son günlər keçirdiyi “Zülfüqar 1400” adlı hərbi təlimi beynəlxalq mediada da öz əksini tapıb.
Reuters bu barədə yazıb: İran bildirib ki, Fars körfəzində keçirdiyi təlimləri yaxınlığında ABŞ-ın pilotsuz təyyarələrinə xəbərdarlıq edib / Bu illik təlim çərşənbə axşamı, Tehran və dünya gücləri arasında keçiriləcək danışıqların başlamasından bir neçə həftə əvvəl başa çatıb.
SPIEGEL – Rəsmi Tehran İranın regionun digər ölkələri üçün heç bir təhlükə yaratmadığını və manevrlərin yalnız mümkün hücumlara hazırlaşmaq məqsədi daşıdığını bildirib. Qərb və körfəz ölkələri isə bunu başqa cür görür. Onların nəzərincə manevrlər və İranın bütün hərbi-raket proqramı dünya xam neft daşımalarının təxminən 40 faizinin həyata keçirildiyi Fars körfəzi regionu üçün təhlükə yaradır. Bundan əlavə İranın İsraili 2200 km-ə qədər çata biləcək orta mənzilli raketlərlə vura biləcəyi ilə bağlı narahatlıqlar da var.
Fələstinin xəbər agentliyi Sama: İran Qırmızı dənizdə kütləvi manevrlərə başlayıb və xəbərdarlıq edib: “Hər hansı bir hücum sarsıdıcı cavabla qarşılanacaq”.