İranın sionistlərin Nevatim bazasına hücum etdiyi yerin ilk peyk görüntüləri + foto

Associated Press agentliyi İran silahlı qüvvələrinin hücumu nəticəsində sionistlərin Nevatim bazasına dəyən zərərin peyk görüntülərini dərc edib.

İranın sionist rejimin “Nevatim” aviabazasına raket hücumundan sonra peykdən çəkilmiş görüntülərdə bu bazaya dəyən zərərin bir hissəsi öz əksini tapıb. Sionist rejimin ən mühüm hərbi obyektlərindən sayılan bu baza qabaqcıl F35 təyyarələrinin və yanacaq dolduran təyyarələrin yerləşdiyi yerdir.

Məlumatlı mənbələr bildirirlər ki, bu dəqiq raket hücumu bu bazanın vacib infrastrukturunun hissələrinə və bu bazanın hərbi texnikasına və obyektlərinə ziyan vura bilib. Yayımlanan görüntülərdə bazanın əsas uçuş-enmə zolağı yaxınlığındakı bəzi bina və obyektlərin də dağıdıldığı göstərilir.

Bu raket hücumu sionist rejimin əsas hava əməliyyat mərkəzlərindən biri olan Nevatim bazası bu rejimin bölgəyə hücumlarında əsas rol oynadığı bir vaxtda həyata keçirilib. Hərbi analitiklər hesab edirlər ki, belə bir bazanın hədəfə alınması İranın raket imkanlarının yüksək gücü və dəqiqliyini göstərir.

Qafqaztimes/ Al-alam

Related posts

Terrorçu İsrail hərbçiləri məhv edildi!

Sabah Aliməqam Rəhbərin imaməti ilə cümə namazı qılınacaq

Hizbullah sionist rejimin ən azı 11 əsgərini məhv edib – Ətraflı