Vayzman Tədqiqat İnstitutu uzun müddətlik susqunluqdan sonra nəhayət bu gün, 12 günlük müharibə zamanı SEPAH-ın raket zərbəsi nəticəsində mərkəzin infrastrukturuna dəyən zərərlə bağlı ilkin qiymətləndirməsini rəsmi olaraq açıqlayıb.
Mərkəzin məlumatına görə, İranın raket hücumu nəticəsində institutun 112 binası, o cümlədən 60 laboratoriya binası və 52 yaşayış binası dağılıb.
Bundan əlavə, 52 tədqiqat laboratoriyası və 6 xidmət laboratoriyası da bu ağır raket zərbəsi nəticəsində məhv edilib ki, nəticədə institutun fəaliyyətinin 20-25 faizi tamamilə dayanıb.
Vayzman İnstitutu yalnız binalar və avadanlıqlara dəyən birbaşa ziyanı – tədqiqat məlumatlarının itirilməsi və laboratoriyaların icarə xərcləri istisna olmaqla – 440-600 milyon dollar arasında qiymətləndirib.