Qafqaztimes xəbər verir ki, sionist rejimin “Kan” milli telekanalı xəbər verib ki, İranın cavab xəbərdarlıqlarından sonra işğalçı rejim rəsmiləri Duha danışıqlarında iştirak edən nümayəndə heyəti üçün təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Bu mənbə iddia edib ki, İran ötən çərşənbə günü Qəzzədə atəşkəs danışıqlarında iştirak etmək üçün Duhaya gələn İsrail rəsmilərini, o cümlədən bu rejimin nümayəndə heyətinin üzvlərini hədəf almağa çalışıb.
Kan öz mənbələrinə istinadən əlavə edib: “Mossad rəhbəri, Şin Betin rəhbəri və məhbus işinin rəhbəri üçün təhlükəsizlik tədbirləri gücləndirilib və onlara Qətərə səfərləri zamanı xüsusi ehtiyat tədbirləri görmələri tövsiyə olunub”.
Bu mənbə əlavə edib: İsrail nümayəndə heyətini daşıyan təyyarə BƏƏ-nin Əbu-Dabi şəhərinə anormal eniş edib, daha sonra heyət təhlükəsizlik tədbirləri altında Qətərin paytaxtına köçürülüb, hələlik detallar açıqlanmır.
Ötən həftə Təl-Əvivdəki rəsmi mənbələr bu rejimin İranın xaricdə İsrail rəsmilərinə sui-qəsd cəhdindən çox narahat olduğunu açıqlamışdı.
HƏMAS-ın siyasi ofisinin rəhbəri şəhid İsmayıl Həniyənin öldürülməsindən və İranın sionist rejimin bu cinayətlərinə cavab verməkdə israrından sonra işğal olunmuş Fələstində qorxu dalğası hökm sürür və sionistlərin həyatı artıq normal deyil.
2 şərhlər
I just could not leave your web site before suggesting that I really enjoyed the standard information a person supply to your visitors Is gonna be again steadily in order to check up on new posts
먹튀검증 전문가들이 꼼꼼하게 검증한 안전놀이터 토토사이트를 소개합니다. 안심하고 베팅하세요.