İranın Atom Enerjisi Təşkilatı sionist rejimin Natanz zənginləşdirmə kompleksinə hücumu ilə bağlı açıqlama verib:
Hücum nəticəsində Şəhid Əhmədi Rövşən zənginləşdirmə kompleksi zədələnib, lakin tələfat və radiasiya çirklənməsi qeydə alınmayıb.
Bu hərəkət beynəlxalq hüququn pozulmasıdır. Atom Enerjisi Təşkilatı, Beynəlxalq Atom Enerjisi Agentliyinin və onun baş direktorunun sionist rejimin təhdidlərini qınamamasını bu rejimlə şəriklik və Agentliyin nüfuzdan düşməsinin göstəricisi hesab edir.