Mübarək Ramazan ayının sonuncu cüməsində İranın 900 şəhərində Qüds Günü nümayişləri keçirilib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İranın 900-dən artıq şəhərində Qüds Günü nümayişləri əvvəlki illərə nisbətən daha möhtəşəm şəkildə qeyd edilib.
Məlumata görə, nümayiş iştirakçıları bütün dünya səviyyəsində sionist rejimin cinayətləri əleyhinə vəhdət qurmanı vurğulayıblar. Əllərində Fələstin və müqavimət qruplarının bayraqları olan yürüş iştirakçıları “Mən Qüdslə əhd-peyman bağladım” şüarını səsləndiriblər.
Beynəlxalq Qüds günü mərasimləri sionist rejimin cinayətlərini pisləmək və məzlum Fələstin xalqına dəstək olmaq üçün hər zaman səhnədə olan insanların iştirakı ilə Tehran və ölkənin digər şəhərlərində eyni vaxtda başlayıb.