BMT baş katibinin xüsusi nümayəndəsi və İran XİN siyasi məsələlər üzrə baş müşaviri Yəmən konfliktinin qeyri-hərbi yolla həllini vurğulayıblar.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hans Qrundbergin Əli Əsğər Haci ilə bugünkü (11 iyun) görüşdə Qəzzə və Yəmən konfliktləri barədə fikir mübadiləsi apararaq regionda sülh və əmin-amnalığın bərbasını vurğulayıblar.
Əli Əsğər Haci bu görüşdə Yəməndəki gərgin iqtisadi-rifahi problemlərin artması, beynəlxalq ictimaiyyətin Yəmən xalqına yardım etməməsindən narahatlığını ifadə edərək bu ölkədəki siyasi konfliktin qeyri-hərbi yolla həll olunmasının düzgün olduğunu qeyd edib.
Eyni zamanda İran və BMT nümayəndələri Yəməndəki mövcud vəziyyətin həll olunacağına ümidvar olduqlarını, sülh yolu ilə problemlərin öz həllini tapacağı barədə fikir ortaqlığı əldə ediblər.