İran XİN-i Fitr bayramı münasibətilə müsəlman ölkələrini təbrik edib

İran XİN-i Fitr bayramı münasibətilə müsəlman ölkələrini təbrik edib

İran XİN başçısı ölkəsinin xalqını və bütün müsəlman ölkələrini Fitr bayramı münasibətilə təbrik edərək Allahdan hamı üçün vəhdət və həmrəylik arzulayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Seyid Abbas Əraqçinin bu günkü (30 mart) bayram təbrikində deyilir: İran xalqı, bütün islam dövlətləri və müsəlman ümmətini Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu il İranda Quranın baharı olan mübarək Ramazan ayı təbiətin baharı ilə eyni zamana təsadüf edir.

Mesajda həmçinin deyillir: Günahsız Fələstin, Yəmən və Livan xalqı üçün səmimiyyətlə dua edir, sionist rejim və Amerikanın cinayətlərinə tab gətirən bu məsum insanlar üçün sağlamlıq, azadlıq və aydın səma arzulayıram. Bu əziz gündə hər şeydən əvvəl Allahdan müsəlman xalqlar üçün vəhdət və həmrəylik diləyirəm.

Related posts

İnsanlığa xəyanət…

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi

Hollandiya İsrail rejiminin səfirini çağırıb