İran XİN-i Bakıda Fələstin heyəti ilə görüşdü

İİR xarici işlər naziri Bakıda keçirilən Qoşulmama Hərəkatı iclası çərçivəsində Fələstin rəsmilərinin Riyad Əl Malikinin başçılıq heyəti ilə görüşərək ölkəsinin müqavimətə olan dəstəyini ifadə edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bu gün (6 iyul) QH XİN başçılarının Bakı iclasındakı bu görüşündə işğalçı İsrail rejiminin son günlər Ceninə hava və quru hücumlarını kəskin şəkildə pisləyərək BMT başda olmaqla digər beynəlxalq cəmiyyətlərin bu vandallığa mane olmalarını vurğulayıb.

Fələstin XİN başçısı Riyad Əl Maliki də sionist rejimin Fələstin xalqına qarşı təcavüzlərində heç bir qırmızı xəttinin olmamasına işarə edərək, beynəlxalq cəmiyyətlərin bu hadisələrə laqeydliklə baxdıqlarını, halbuki digər ölkələrdə belə bir hal baş verdikdə belə bir reaksiya vermədiklərini vurğulayıb.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib