İran XİN başçısı: Səmavi kitablara hörmətsizlik radikalizm və terrorizmin yayılması deməkdir

İran İslam Respublikası xarici işlər naziri bəzi Avropa ölkələrində səmavi kitablara qarşı ehtiramsızlıq hallarının genişləndiyini vurğulayaraq deyib: Bu kimi hadisələr dünyada radikalizm və terrorizmin genişlənməsindən xəbər verir və bu bizim qəbul etmədiyimiz qınaq ediləsi məsələlərdən biridir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bu gün (17 iyul) Omanlı əməkdaşı ilə görüşdə bir sıra qlobal məsələləri müzakirə edərkən son zamanlarda islam müqəddəslərinə hörmətsizliyin geniş yayıldığı və bu problemin həlli barədə söhbət ediblər.

Məlumata görə informasiya mənsublarının da iştirak etdiyi bu görüşdə regional hadisələr, İran-Oman münasibətləri, ötən 22 ay ərzində qarşılıqlı əməkdaşlıqların ikiqat artması, iqtisadi komissiyaların yaradılması və bu kimi mövzular ətrafında geniş danışıqlar aparılıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib