İran xarici işlər naziri İsmayıl Həniyyə ilə danışığında Fələstin müqavimətini təbrik edib

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian avqustun 8-i bazar ertəsi axşam saatlarında Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə ilə telefon danışığı edib. Onlar sionist rejimin son təcavüzünə cavab olaraq müqavimət xəttinin son qələbələri haqqında fikir mübadiləsi aparıblar.

İranın xarici işlər naziri sionist düşmənlə döyüşdə müqavimət cəbhəsinin qələbələrini təbrik edərək, müqavimət şəhidlərini hörmətlə yad etmişdir. O, sionistlərin fələstinli qadın və uşaqları şəhid edərək, törətdiyi bu cinayəti bu rejimin çarəsizlik və zəiflik əlaməti adlandırıb.

O, İsmayıl Həniyyənin müqavimət qruplarının birliyinin qorunub saxlanmasında tutduğu mövqeyini yüksək qiymətləndirməklə yanaşı, bu vəhdəti müqavimət qüvvələrinin böyük uğuru kimi dəyərləndirərək vurğulayıb: “Müqavimətin bir daha sionist düşmənin geniş hərbi qüdrətinə qarşı dura bilməsi və onları atəşi dayandırmağa və iki gün ərzində müqavimətin şərtlərini qəbul etməyə məcbur etməsi böyük nailiyyətdir.”

İran Xarici işlər naziri həmçinin deyib: “Diqqətçəkən odur ki, bu döyüşdə müqavimətin yalnız bir hissəsi düşmənə qarşı döyüşdü. Bu isə sionistlərin acizliyini və zəifliyini əvvəlkindən daha çox ortaya qoydu.”

Fələstin İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri bu telefon danışığında İran İslam Respublikasının Fələstinə dəstəyini təqdir etməklə yanaşı, deyib: “Sionist düşmən Fələstin xalqına və müqavimətinə öz siyasətini diktə etməyə çalışırdı. Lakin Qəzza zolağı və Fələstin xalqının qəhrəmancasına müqaviməti ilə qarşılaşdı.”

O, həmçinin vurğulayıb: “Müqavimət cəbhəsinin son qələbəsi Fələstin müqaviməti ilə sionist rejim arasında qarşıdurmada yeni bir səhifə açdı. Allahın köməyi ilə bu cihadı son qələbəyə qədər davam etdirmək əzmindəyik.”

Fələstin İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri həmçinin bu telefon danışığı zamanı Fələstin xalqının səmimi salamlarını Ali Rəhbərə və İran İslam Respublikasının prezidentinə çatdırmağı xahiş edib.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq