İran xalqının “Qüds Günü” bəyanatı

Bu gün, Beynəlxalq Qüds Günü İran İslam Respublikası xalqı bütün şəhər və əyalətlərdə həmişə olduğu kimi yürüş keçirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, yürüşdə rəsmi nümayəndələr, dövlət işçiləri, ruhanilər, deputatlar və xalqın müxtəlif kəsimləri iştirak edərək Fələstin xalqına dəstək olduqlarını bir daha elan ediblər.

Paytaxt Tehranda keçirilən yürüşlərdən sonra bir qətnamə də xalqın nəzərinə çatdırılaraq əlaqədar beynəlxalq orqanlara göndərilib.

  Dünya ictimaiyyəti və insan hüquqları təşkilatlarının sionistlərin vəhşicəsinə cinayətləri qarşısında sükuta dalmalarını pisləyən qətnamədə BMT sionist rejimin beynəlxalq hüquqşünaslar və mühüm şəxsiyyətlərin tələbləri olan qəsbkar, rasist və İsrail rejimin bu təşkilat və digər beynəlxalq orqanlardakı üzvlüyünün dayandırılması tələb edilib.

Həmçinin, Fələstin məsələsinin yeganə həll yolu kimi anti-sionist müqavimətin himayə olunması və gücləndirilməsinə təkid edən bəyanatda fələstinli didərginlərin dünyanın müxtəlif nöqtələrindən geri dönmələri, həmçinin Fələstin ölkəsinin gələcək taleyinin təyin edilməsi üçün sərbəst və əhatəli referendumun keçirilməsi vurğulanıb.

Related posts

“Hər kəs Fələstin barəsində sorğu olunacaq.”

Bir an ayaq saxlamaqla, həyatı dəyişdi – video

İmam Rza (ə) hərəmində əzəmətli bayram namazı – video