İran və Azərbaycan maliyyəşəlşmə ilə bağlı yeni sənəd imzalayıb

İran və Azərbaycan arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və su elektrik stansiyalarının (SES) üzərində iki bəndin birgə tikintisini sürətləndirəcək sənəd imzalanıb.

Bunu Bakıda birgünlük səfərinin sonunda çıxış edən İranın energetika naziri Əli Əkbər Mehrabian bildirib.

Onun sözlərinə görə, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları üzərində bəndlərin tikintisi üzrə işlər sürətləndiriləcək.

Mehrabian əlavə edib ki, İran-Azərbaycan əlaqələrinin mühüm məsələlərindən biri su ehtiyatlarını idarə edilməsi və su elektrik stansiyalarında elektrk enerjisinin əldə edilməsi üçün Araz sərhəd çayına birgə sərmayə qoymaqdır.

İranlı nazir bildirib ki, səfər zamanı çox yaxşı razılaşma əldə edilib və iki ölkə arasında mühüm sənəd imzalanıb. Bunun əsasında müvafiq maliyyələşmə ilə iki bəndin tikintisi sürətlənəcək. İki bənd 1,7 milyard kubmetr su saxlaya bilər və onlara bitişik tikilən su elektrik stansiyaları tərəfindən təxminən 300 meqavat elektrik enerjisiı istehsal olunacaq”.

Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 meqavatdır. O cümlədən “Xudafərin” SES-in gücü 200 meqavat, “Qız Qalası” SES-in gücü isə 80 meqavatdir. Hər iki elektrik stansiyasının 716 milyon kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mliyon kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.

Xatırladaq ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və SES-lərin tikintisinə 1992-ci ildə başlanılıb. Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal etdikdən sonra tikinti işləri dayanıb və yalnız 2016-cı ildə İranla əldə olunmuş razılığa əsasən bərpa edilib. Yeni sazişdə tikintinin davam etdirilməsi ilə yanaşı su ehtiyatlarından və elektrik enerjisindən birgə istifadə də öz əksini tapıb. Həmçinin, sazişdə “Xudafərin” körpüsünün birgə mühafizəsi də öz əksini tapıb.

Qeyd edək ki, SES-lərin tikintisinin 2-2,5 ilə yekunlaşdırılması nəzərdə tutulub.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib