İranın BMT-dəki nümayəndəsinin yardımçısı Amerika və İngiltərənin öz siyasətlərində islahat etməsini istədi.
Təsnim İnformasiya Agentliyinin məlumtına əsasən, Zəhra İrşadi BMT Təhülkəsizlik Şurası iclasında cəfəng sözlərinə grə ABŞ və İngiltərəyə xitabən yazıb:
ABŞ və İngiltərə təmsilçisi İranı ittihamlandırmaqla Suriya və regiondakı mövcud vəziyyətə görə məsuliyyətlərini növbəti dəfə inkar etməyə cəhd göstərir.
İran İslam Respublikası qəti şəkildə bu ittihamları rədd edir. Çünki İran heç vaxt regionda münaqişə ardınca olmayıb və gərginlik əleyhinədir. Əksinə, Amerika Suriyada gərginliklərdən sui-istifadə edərək gərginliyi artırmağa cəhd edir.
İsrail rejiminin bütün cinayətlərinə ABŞ cavabdehdir. Qəzzədə Amerikanın hərbi, siyasi və maddi dəstəkləri olmasaydı, sionist rejim heç vaxt bu cinayətləri törədə bilməzdi. ABŞ-ın Qəzzədə mülki insanların qətlindən nigaran olduğunu, əvəzsiz və hərtərəfli humanitar yardımların çatdırılmasını istədiyini iddia etdiyi bir halda, 6 ay Qəzzə müharibəsinin davamı üçün əlindən gələni əsirgəməməsi təəccüb doğurur.