İran Təhlükəsizlik Nazirliyi ilə SEPAH Kəşfiyyat Təşkilatının birgə iclası

QafqazTimes xəbər verir ki, İranın Kəşfiyyat Koordinasiya Şurasının Katibliyinin məlumatına görə, bazar ertəsi, iyulun 4-də Təhlükəsizlik Nazirliyinin rəsmiləri və müavinlərinin iştirakı ilə Təhlükəsizlik Nazirliyi ilə İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı arasında birgə iclas keçirilib.

İranın təhlükəsizlik naziri Höccətül-islam Seyid İsmayıl Xətib briqada generalı Kaziminin İİKK Kəşfiyyat Təşkilatının rəhbəri təyin olunması münasibətilə təbrik edib və Höccətül-İslam Taibin xidmətlərinə görə ona təşəkkürünü bildirib. O, həmçinin iki qrup arasında qarşılıqlı əlaqə və həmkarlıqların səviyyəsinin artırılmasını vurğulayıb.

Sərdar Kazimi də nazirə və Təhlükəsizlik Nazirliyinin rəsmilərinə təşəkkür edərək, kəşfiyyat orqanlarının koordinasiyası və birgə həmkarlığının zəruriliyinə toxunaraq, kəşfiyyat və təhlükəsizlik orqanlarının birgə əməkdaşlığının sayəsində sabit təhlükəsizliyin artacağına ümid etdiyini bildirib.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri