İran Suriya müqvimətini daim dəstəkləyəcək

İranın BMT-dəki daimi nümayəndəsi ölkəsinin Suriya xalqı və dövlətini terrorizm və xarici işğalçılara qarşı mübarizəsinə dair verdiyi öhdəliyi yerinə yetirəcəyini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əmir Səid İrəvani dünən (19 iyul) Nyu Yorkda deyib: İran humanist prinsiplərə əsaslanaraq qeyd-şərtsiz, neytral və ayrı-seçkilik etmədən ehtiyacı olanlara dəstək olacaq.

İrəvani həmçinin qeyd edib: Suriyada siyasi məqsəd güdmədən, ehtiyaclı insanlara yardım məqsədilə bu ölkənin hər bir guşəsinə kömək əlimizi uzadacağıq. Həmçinin Suriyanın hakimiyyəti, ərazi bütövlüyü və milli vəhdəti bizim üçün önəmlidir.

İranın BMT nümayəndəsi həmçinin vurğulayıb: Suriyaya humanitar yardımlar bu ölkənin iqtisadiyyatına və infrastrukturunun restavrasiyasına da böyük kömək olmalıdır. Bu ölkəyə daimi dəstək zəruridir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib