İran Suriya böhranın həlli üçün planlar hazırlayır

İran Suriya böhranın həlli üçün planlar hazırlayır

İran XİN başçısı Astana müzakirələrinin dalana dirənmə ehtimalından nigarançılığını elan edərək Suriya böhranının sakitləşdirilməsi zəminində yeni planlar hazırladığından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Abbas İraqçi bu gün (5 dekabr) Qətər mediası ilə müsahibədə Astana müzakirəsinin nəticə verməyəcəyi ehtimalını dilə gətirərək deyib: Tehran Türkiyə ilə bu problemin həlli üçün danışıqlar aparır. Suriya böhranını az da olsa sakitləşdirmək və bu məsələnin daimi həlli üçün planlar hazırlamaq zəruridir.

S.A.İraqçi həmçinin Suriya böhranı istiqamətində İraq və Rusiyaya da səfər edəcəyindən xəbər verərək deyib: Bu böhran İrandan çox, İraq, İordaniya və Türkiyəyə böyük zərbə vura bilər.

Qeyd edək ki, dekabrın 7-də Qətərdə Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri səviyyəsində Suriyada nizamlanma üzrə Astana formatında görüş keçiriləcək.

Related posts

Həzrət Mehdinin (ə) dünyəvi inqilabının başlanğıc nöqtəsi

İnqilabın Rəhbəri: Müqavimətin miqyası bütün bölgəni əhatə edəcək/Suriyanın işğal olunmuş əraziləri azad ediləcək

Suriya azad ediləcək…