İran: Süni intellekt raket və dron hücumlarında bizə güc verə bilər

Süni İntellekt və Gələcək Sivilizasiya üzrə Beynəlxalq Konfransda SEPAH-ın Baş Komandanı General Salami:
Süni intellekt bizə hava hücumundan müdafiə, raket və dron hücumları, kibermüdafiə kimi müxtəlif sahələrdə güc verə bilər.

Dronla böyük bir gəmiyə hücum etmək istəyirsən, bu gəminin zədələnməsinin ağırlıq mərkəzini bilməsən, böyük bir gəmi heç vaxt dron tərəfindən zədələnməyəcək. Bunu bildikdə isə kiçik bir hərəkətlə böyük təsir yarada bilərsən; Süni intellekt bu imkanı verir.

Hava hücumundan müdafiəyə gəlincə, çoxlu sayda təyyarə birlikdə hücuma keçəndə hansı təyyarənin hansı raket sisteminə təyin olunması elə bir məsələdir ki, bunu insanlar vasitəsilə tətbiq etmək istəsək, vaxt itkisi səbəbindən bu səhnəni idarə edə bilmirik. Zaman çox vaxt əhəmiyyət kəsb edir.

Qafqaztimes

Tasnim

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib