İran sionist rejimin Hələbə hücumunu kəskin qınadı

İran XİN mətbuat katibi sionist rejimin bugünkü Hələbə hücumunu pisləyərək Fələstin xalqı qarşısında aciz qalan rejimin regionda gərginlik yaratmaq cəhdlərinin puça çıxdığını deyib.

Fars İnformasiya Agentliyinin məlimatına əsasən, Nasir Kənani bu gün (19 aprel) bir neçə suriyalının şəhid olması və yaralanması ilə nəticələnən işğalçı rejimin dünən gecəki Hələb bölgələrinə hücumlarını kəskin qınayıb.

Nasir Kənani həmçinin deyib: Beynəlxalq qanunlara zidd olaraq sionist rejimin bölgədə eksalasiya məqsədilə Hələb ətrafına aviazərbələr edirməsi Suriyanın ərazi bütövlüyünə ehtiramsızlıqla bərabər regionda təhlükəsizliyin pozulması mənasındadır.

Nasir Kənani işğalçı rejimin Qəzzə müharibəsindəki acizliyinin əvəzini digər ölkə xalqları və Fələstinə dəstək olan müqavimət dəstələrindən çıxarmaq istəyinə işarə edərək deyib: İşğalçıların məqsədi sırf regionda böhran yaratmaq məqsədi güdür .

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)