İran Səud rejimini düşmən olmağa layiq görmür

QafqazTimes xəbər verir ki, səud rejiminin öz siyasətləri ilə region ölkələrinin, o cümlədən İranın maraqlarına vurduğu zərərlərə baxmayaraq, İslam Respublikası heç vaxt bu rejimi öz düşməni adlandırmayıb, əksinə, onun Amerika və İsrailin əlində bir alət olduğunu bildirib.

Səudiyyə rejiminin qurucusunun qüdrətə ən çox həris olan nəvəsi hesab edilən və yaxın 5 onillikdə padşah olmaq arzusunda olan Məhəmməd bin Salman Amerika və sionist rejimin maraqlarına xidmət etməkdə keçmiş Səudiyyə krallarının üzünü ağ edib. Bin Salmanın ABŞ-a qarşı anti-İran mövqeyini sübut etməsi üçün ərəb və islami məsələlər, xüsusilə də Fələstin məsələsi ilə bağlı tutduğu mövqelər sionist rejimin mövqeləri ilə tam üst-üstə düşür.

Bin Salman amerikalıları əmin etmək üçün belə bir siyasət yürüdürdü ki, əgər o, hakimiyyətdə qalsa, nəinki İranın və müqavimət xəttinin “İsrailə zərbə endirməsinin” və ya onun təhlükəsizliyini təhdid etməsinin qarşısını alacaq, hətta Səudiyyə Ərəbistanının mənafeyini sionistlərə qurban verməyə hazırdır və bunun sübutu Yəmən müharibəsi və Səudiyyə rejiminə dəyən maliyyə və hərbi itkilərin miqdarıdır. Bin Salman rejimi İsrail və Amerikaya xidmət etdiyi üçün Yəməndə müharibəyə başlayıb və bu müharibənin üstündən 8 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ər-Riyad heç bir hədəfə çatmayıb.

Bin Salman nə qədər İranı amerikalıların və israillilərin yanında öz ölkəsinin düşməni kimi təqdim etməyə çalışsa da, İran ona Səudiyyə rejimini düşmən adlandırmaq şərəfini vermir. Bin Salman və Ali Səud Amerika və İsrail quldur dəstələrinin sadəcə alətidir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur