İran xarici işlər nazirliyinin mətbuat katibi son günlər Rusiyada baş verən hadisələrə münasibət bildirərək deyib: Bu bir ölkənin daxili məsələsidir və İran hökuməti bu ölkədə qanun aliliyini dəstəkləyir.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani dünən axşam (23 iyun) Vaqnerrəhbərinin qalmaqallı bəyanatlarına münasibətində hər ölkənin daxili işlərinin o ölkənin qanun aliliyinə aid olduğunu vurğulayaraq İranın da Rusiya qanun aliliyini dəstəklədiyini elan edib.
Qeyd edək ki, dünən axşam Vaqner milis qrupunun rəhbəri Yevgeni Priqojin cümə günü heç bir sübut təqdim etmədən Rusiya ordusunun Vaqnerin 2000 qüvvəsini qətlə yetirdiyini iddia edib.
O, həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunu da hədələyib və deyib ki, o, Moskvanın Qızıl Meydanında asılacaq.
“Vaqner” milis qrupunun rəhbəri Yevgeni Priqojinin qalmaqallı bəyanatlarından sonra Rusiyanın paytaxtı Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.İran Rusiyanın qanunu aliliyini dəstəkləyir