İran, Rusiya və Çin yaxın vaxtlarda Fars körfəzində birgə hərbi təlim keçirəcəklər

QafqazTimes xəbər verir ki, Rusiyanın RİA Novosti xəbər agentliyi İran, Çin və Rusiya arasında birgə hərbi dəniz təliminin keçiriləcəyi barədə məlumat yayıb.

“RİA Novosti” bu barədə Rusiyanın Sakit okean regionunun donanmasına istinadən məlumat yayıb.

RİA Novosti təlimin nə vaxt keçiriləcəyini açıqlamayıb və bununla bağlı əlavə məlumat verməyib.

Lakin Moskvanın Tehrandakı səfirliyi təlimin 2022-ci ilin əvvəllərində Fars körfəzində keçiriləcəyini açıqlayıb.

Birgə təlimdə əsas diqqət dəniz təhlükəsizliyi və dəniz quldurluğu ilə mübarizəyə yönəldiləcəkdir.

Bundan əvvəl Rusiya Federasiyasının Tehrandakı səfiri Levan Caqaryan İran, Rusiya və Çin donanmalarının 2021-ci ilin son günləri və ya 2022-ci ilin əvvəllərində Fars körfəzində hərbi təlimlər keçirəcəyi barədə açıqlama vermişdi.

Məlumata görə, artıq Rusiyanın Sakit Okean Donanmasınln bir neçə gəmisi Çabahar limanında lövbər salıb.

Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiya dəniz qüvvələrinin rəsmiləri İran, Rusiya və Çin hərbi gəmilərinin qatılacağı ortaq dəniz təlimi ilə bağlı konfransa qatılacaqlar.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya