İran rəsmi Bakı ilə İrəvan arasındakı mübahisənin həllinə kömək etməyə hazır olduğunu elan edib

Qafqaztimes xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan və Ermənistan sərhədyanı ərazilərində yeni hərbi münaqişələrin yaranması ilə bağlı narahatlığını ifadə edib və iki ölkəni təmkinli olmağa və münaqişənin genişlənməsindən çəkinməyə çağırıb.

İran Dövlət Departamentinin sözçüsü ölkələrin beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərə hörmət etməsinin vacibliyini vurğulayaraq hər iki tərəfi fikir ayrılıqlarını dialoq və sülh yolu ilə həll etməyə çağırıb.

Xətibzadə hazırkı gərginliyi regionda sülh və tərəqqinin tədricən əldə olunması prosesi üçün təhlükəli adlandaraq deyib: “İran İslam Respublikası keçmişdə olduğu kimi, mübahisələrin həllində, regionda sabitlik və təhlükəsizliyin bərqərar olunmasında tərəflərə yardım etməyə tam hazırdır.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək