İran Qurani Kərimə hörmətsizliyə etiraz etdi

İran İslam Respublikası xarici işlər nazirliyinin mətbuat katibi sionist işğalçılarının islam dini müqəddəsləri və qurani Kərimi yandırmasını Qərb cəmiyyətlərinin verdiyi dəstəklə təcavüzkarların həyasızlaşmasının nəticəsi adlandırıb.

Təsnim İnfromasya Agentliyinin məlumatına əsasən, Nasir Kənani işğal olunmuş Fələstində sionistlərin məscidə daxil olaraq Quran yandırmasını pisləyərək deyib: Sionistlərin məscidlərə vəhşicəsinə hücumları ilə yanaşı Qurani Kərim təhqir etməsi, həmçinin evlərin dağıdılması, hər gün müdafiəsiz fələstinli uşaq və qadınların qətlə yetirilməsi saxtakar rejimin heç bir qanuna və müqəddəslərə hörmət etməməsinin göstəricisidir.

XİN sözçüsü Qərb dövlətlərinin bu hadisələr müqabilində susqunluğunu işğalçı rejimi cürətləndirdiyini də vurğulayıb.

Qeyd edək ki, sionist qəsəbə sakinlərinin İslami müqəddəslərə qarşı olduqca təhlükəli və amansız hərəkətlərə yol verərək, Nablus şəhərinin Orif kəndindəki məscidlərdən birində Qurani-Kərim nüsxələrini yandırıblar.

Xatırladaq ki, Qurani-Kərimi təhqir edən sionist qəsəbə sakinləri Qərb Sahilində çox radikal üzvlərdən ibarət Fətitəl-Tilal kimi tanınan qrupa bağlıdırlar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur