İran Qərb ölkələrinin İran əleyhinə bəyanatını tənqid etdi

İran Qərb ölkələrinin İran əleyhinə bəyanatını tənqid etdi

İran XİN sözçüsü İngiltərə, Fransa və Almaniya hakimiyyət orqanlarının Ukrayna müharibəsində müdaxilə bəhanəsilə rəsmi Tehran əleyhinə dərhal yeni tədbirlər görmək, o cümlədən İranla hava əlaqəsi sazişlərini dayandırmaq və “Iran Air”ə qarşı sanksiyaların tətbiqi barədə bəyanatını pisləyib.

İRNA-nın məlumatına əsasən, Nasir Kənani dünən gecə (10 sentyabr) deyib: Avropanın bu 3 ölkəsinin son bəyanatı İran xalqına qarşı iqtisadi terror və şəxsiqərəzlik mahiyyəti daşıyır və uyğun siyasətimizlə qarşılaşmaq məcburiyyətində qalacaqlar.

Nasir Kənani həmçinin İranın Ukrayma müharibəsində şəffaf mövqeyini vurğulayaraq deyib: Əvvəldə qeyd etdiyimiz kimi, İran Rusiya Federasiyasına ballistik raketlərin satılması barədə iddiaları tamamilə təkzib edir və onların əssasız olduğunu deyir.

XİN sözçüsü həmçinin vurğulayıb: Amerika ilə bərabər 3 Avropa ölkəsinin bu sanksiyaların tətbiqində əsas məqsədi sionist rejimi silahla təmin etməklə Fələstin xalqının Qəzzədə qətliamına şərik olmaqdır. Elə bu cəhətdən də onlar öz səhv siyasətlərinə cavabdehdirlər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya