İran prezidenti sabah Rusiyaya səfər edəcək

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının prezidenti Höccətül-İslam Seyid İbrahim Rəisi iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirmək məqsədilə rusiyalı həmkarının rəsmi dəvəti ilə sabah, çərşənbə günü Rusiyaya yola düşəcək.

Moskvaya səfəri zamanı Rəisi Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Dumanın plenar iclasında iştirak və çıxış, Rusiyada yaşayan iranlılarla görüş və Rusiyanın iqtisadi fəalları ilə simpozium İran prezidentinin iki günlük səfər planlarına daxildir.

Səfərdə Rəisini xarici işlər, neft, iqtisadiyyat və maliyyə nazirləri müşayiət edəcəkdir. İbrahim Rəisi bundan əvvəl hökumətin qonşular və region ölkələri ilə əlaqələri maksimuma çatdırmaq hədəfləri çərçivəsində Tacikistan və Türkmənistana səfər etmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən cümə günü mətbuat konfransında deyib ki, İran prezidentinin Moskvaya səfəri “çox mühüm hadisədir” və Tehran və Moskva arasında siyasi əlaqələrin gücləndirilməsi lazımdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib