İran prezidenti: İran həmişə müstəqil dövlətlərin yanında olduğunu sübut edib

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Qətər Əmiri Şeyx Təmim bin Həməd ilə keçirdiyi mətbuat konfransında deyib: “Mən Qətərdə iki məqsədlə səfərdəyəm ki, onlardan biri iki ölkə arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi, ikincisi isə Qətərdə keçiriləcək qaz sammitində iştirak etməkdir.

O, sözlərinə belə davam edib: “Razılığa gəlindi ki, hər iki ölkə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, əlaqələri dərinləşdirmək üçün bütün mövcud imkanlardan faydalansın.”

Rəisi iki ölkə arasında ərazi və qonşuluq münasibətlərinə toxunaraq deyib: “İran və Qətər əlaqələri artırmaq və əməkdaşlıq sahələrini inkişaf etdirməklə münasibətləri gücləndirmək üçün ciddi və yeni addımlar atmağa qərar verdi.”

O, əlavə edib: “Bu səfər zamanı iqtisadi, mədəni, ticarət, enerji, infrastruktur və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığın sağlamlığını ciddi şəkildə artırmaq razılaşdırıldı.”

İbrahim Rəisi İranın Qətərə futbol üzrə dünya çempionatına daha yaxşı ev sahibliyi etmək üçün kömək etməyə tam hazır olduğunu bildirərək belə əlavə edib: “İranın coğrafi, ekoloji, tranzit, iqtisadi, elmi, xüsusilə gənc və təhsilli işçi qüvvəsi kimi müxtəlif sahələrdə unikal üstünlükləri hər hansı ikitərəfli və ya çoxtərəfli əməkdaşlığın iqtisadi inkişafa və regional təhlükəsizliyə çevrilməsini təmin edir.”

Rəisi belə qeyd edib: “İran İslam Respublikası regional münasibətlərdə dəyişiklik və inkişafın ardıncadır və məhz bu səfər İran-Qətər münasibətlərində yeni bir səhifə yaradacaqdır.”

İran prezidenti həmçinin bildirib: “İran İslam Respublikası sübut etdi ki, o, həmişə müstəqil dövlətlərin və xalqların yanındadır. Biz çətin günlərdə bütün region ölkələrinə dostluğumuzu sübut etdik. Regionun bir çox dövlətləri bu həqiqəti dərk etmiş və bu sahədə oxşar təcrübələrə malikdirlər.”

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?