İran prezidenti: Amerikan totalitarizminə son qoymaq lazımdır

İran prezidenti: Amerikan totalitarizminə son qoymaq lazımdır

İran İslam Respublikasının prezidenti Amerikanın İran və Rusiya əleyhinə sanksiyalar qoymaqla totalitarizm sevdasına son qoymanın, həmçinin Tehranla Moskva arsında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin genişləndirilməsini vurğulayıb.


Əl Aləm telekanaının məlumatına əsasən, Məsud Pezeşkian bu gün (23 oktyabr) Kazan şəhərində keçirilən BRİKS liderlərinin iki günlük sammiti çərçivəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə deyib: Məncə, Rusiya ilə münasibətimiz strateji münasibətlərdir. Bu, Rusiya üçün olduğu kimi, bizim üçün də mütləq faydalıdır. Sizin dəstəyinizlə daimi üzvü olduğumuz BRİKS çərçivəsində də konstruktiv qarşılıqlı fəaliyyətimiz ola bilər. Biz bu prosesi mütləq güclü şəkildə davam etdirəcəyik”.

 İran prezidenti əlavə edib: Amerikanın sizə və bizə qarşı tətbiq etdiyi sanksiyaları dünyada həyata keçirdiyi totalitarizm prosesini poza biləcəyimizə ümid edirəm.

Vladimr Putin də bu görüşdə İslam İnqilabı Aliməqam Rəhbəri Ayətullah Xameneiyə xüsusi salamlarını çatdırmağı xahiş edərək deyib: Biz onun konstruktiv mövqelərini yüksək qiymətləndiririk.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib