İran parlamentinin spikeri Azərbaycana səfər edəcək

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.

Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.

M.Qalibafın Bakıya gəlişinin tarixi açıqlamayan H.Əmirabdullahiyan səfərin iki ölkənin əlaqələrinin inkişafında müsbət rol oynayacağını qeyd edib.

C.Bayramov da İran parlamentinin spikerinin Azərbaycana səfərini müsbət qiymətləndirib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək