İran Pakistanın Pişavər şəhərindəki məscidə hücumu müsəlmanlar arasında təfriqə adlandırıb

QafqazTimes xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə cümə günü Pakistanın Pişavər şəhərindəki Rəsaldar küçəsi məscidinə hücumu “terror aktı” adlandıraraq bunu qəti şəkildə pisləyib.

İran Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, Xətibzadə bu hücumun müsəlmanlar arasında təfriqə hədəfləri daşıdığını vurlayıb. O, terror aktında şəhid olanların yaxınlarına başsağlığı verərək, yaralıların tezliklə sağalmasını arzulayıb.

O, həmçinin Pakistan hökuməti və təhlükəsizlik rəsmilərinin terrorçuların cinayətkar fəaliyyətinin qarşısını almaq istiqamətində lazımi tədbirlər görəcəklərinə və qəti addımlar atacaqlarına ümid etdiyini bildirib.

Məlumata görə Pakistanın şimal-qərbində, Pişavər şəhərində bir şiə məscidi yaxınlığında törədilən partlayış nəticəsində azı 30 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Pakistan polisi bildirib ki, partlayış ibadətçilər cümə namazına toplaşarkən baş verib.

Ölənlərin sayının artması ilə bağlı narahatlıq olsa da, hələlik heç bir şəxs və ya qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur