İran Orta Şərqin yüksək texnologiya mərkəzinə çevrilə bilər — səbəbləri budur
Güclü elmi-texniki təhsil sistemi, minlərlə mühəndisi və Qərb sanksiyalarını öz lehinə çevirmə bacarığı ilə İran regionda elm və texnologiya sahəsində öncül mövqe tutur.
Kritik texnologiyalarda əsas oyunçu
Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) 2024-cü il üzrə “Kritik Texnologiyalar İzləyicisi” hesabatında İran 63 texnologiyadan 8-i üzrə ilk beşlikdə qərarlaşıb:
- Ağıllı materiallar və havadan asılı olmayan sualtı hərəkət sistemləri – 3-cü yer
- Bioyanacaqlar, antibiotiklər və antiviral dərmanlar – 4-cü yer
- İrəliləmiş kompozit materiallar, örtüklər, nanosəviyyəli istehsal texnologiyaları və IT mesh şəbəkələşmə sistemləri – 5-ci yer
Təhsil güc mərkəzi
İran hər il 230 mindən çox STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) məzunu yetişdirir ki, bu göstərici ilə dünyada 6-cı yerdədir. Bu məzunların təxminən 70 faizi qadınlardır – bu da İranı dünyada ilk onluğa daxil edir.
Ölkədə təxminən 2200 universitet fəaliyyət göstərir (bu sayın təqribən 400-ə endirilməsi planlaşdırılır). Times Higher Education-ın 2025 Dünya Universitetləri Reytinqinə əsasən, İranın 81 universiteti 11 akademik sahənin 10-u üzrə dünya reytinqinə daxil edilib.
İranın güclü olduğu sahələr: tibb, kimya mühəndisliyi, mexanika və aerokosmik mühəndislik, nanoteknologiya, enerji, informasiya texnologiyaları, kənd təsərrüfatı və su idarəçiliyi, nüvə fizikası və materialşünaslıq.
Sinifdən istehsalata
Biliklər real istehsalat gücü ilə tamamlanmadıqda dəyərsiz olur. İran əsasən neft, qaz və mədən sektoru ilə tanınsa da, əslində Orta Şərqin ən böyük və ən çoxşaxəli sənaye bazasına sahib ölkəsidir.
- Sənaye avadanlıqları, polad və sementdən tutmuş avtomobil, məişət texnikası, telekommunikasiya avadanlığı və tekstil məhsullarına qədər demək olar ki, hər şeyi istehsal edir – sənaye sektoru ÜDM–nin təxminən 20%-ni təşkil edir.
- BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) görə, İran 20 əsas kənd təsərrüfatı məhsulu üzrə dünyada 1-ci və 19-cu yerlər arasında dəyişən mövqelərdə qərar tutur.
- Müdafiə sənayesi də güclüdür – İran dronlardan tutmuş yüksək səviyyəli hava hücumundan müdafiə sistemlərinə qədər müxtəlif hərbi texnikalar istehsal edir.
Tarixi irs üzərində qurulmuş gələcək
Dünyanın ən qədim sivilizasiyalarından biri olan İranın müasir elmi nailiyyətləri onun minilliklərə dayanan irsinin davamıdır. Əhəmənilər imperiyasının bu gün də işlək olan 2700 illik suvarma kanallarından tutmuş, Parfiya və Sasanilər dövrünün erkən elektrik batareyaları və ağır zirehli süvarilərinə, İbn Sina, Əl-Biruni və Ömər Xəyyam kimi dahilərinə qədər — İran tarix boyu elmdə və texnologiyada yenilikçi olmuşdur.