İran İslam Respublikası müdafiə nazirliyi İsfahan hərbi sursat istehsalı mərkəzinə uğursuz mini-dron hücumunun amillərinin həbs olunmasından xəbər verib.
İRİB-nin verdiyi məlumata əsasən, İran Təhlükəsizlik nazirliyi Sepah-ın təhülkəsizlik təşkilatı ilə birlikdə İsfahan hərbi susrat istehsalı mərkəzinə mini-dron hücumu barədə bəyanat yayaraq elan ediblər.
Bəyanatda deyilir: İran Təhlükəsizlik nazirliyi, Sepah-ın təhülkəsizlik təşkilatında çalışan İmam Zamanın (əc) adsız əsgərləri və müdafiə nazirliyinin dəstəyi ilə birlikdə yanvarın 28-də İsfahan hərbi mərkəzinə uğursuz mini-dron hücumu amilləri aşkar və həbs edildi.
Bəyanatda həmçinin deyilir: Həbs edilənlər barədə istintaq işinin uzun sürəcəyini nəzərə alaraq detallı məlumatlar sonra veriləcək. Amma ilk araşırmalara görə bu hücumun əsas amilinin sionist İsrail rejimi olduğu sübuta yetirildi.
Qeyd edək ki, 28 yanvarda axşam İsfahanda İranın Müdafiə Nazirliyinə tabe olan müdafiə sənayesi komplekslərindən biri kiçik dronlarla uğursuz hücuma məruz qalıb, onlardan biri kompleksin hava hücumundan müdafiəsi tərəfindən vurulub, digər ikisi isə müdafiə tələsinə düşərək, məhv edilib.