İran Məscidül Əqsaya yenidən hörmətsizliyə etiraz etdi

İran XİN sözçüsü radikal aparteid rejimin nazirlər kabineti tərəfindən bir daha Məscidül Əqsaya olan hörmətsiliyi pisləyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Nasir Kənani mətbuat konfransında deyib: Bu təcavüzkar rəftarlar həm məzlum fələstin xalqı, həm də islam müqəddəslərinə açıq-aşkar hörmətsizlikdir və heç bir müsəlman tərəfindən qəbuledilməzdir.

N.Kənani həmçinin vurğulayıb: Sionist rejim Məscidül-Əqsaya hörmətsizlik edir və fələstinlilər və müsəlmanların Qəzza müqaviməti qarşısında məğlubiyyətlərinə reaksiya vermək üçün irqçi şüarlar səsləndirir. Bu hərəkətlər pislənir.

Beynəlxalq ictimaiyyət hələ də aparteid sionist rejiminin mahiyyətinə şübhə edirmi?”

Kənani deyib: Qüds Fələstinin əbədi və ayrılmaz paytaxtıdır və qalacaq da. Sionist işğalçıların bu şəhərə ardıcıl təcavüzləri islam müqəddəslərinə son dərəcə hörmətsizlikdən xəbər verir.

Qeyd edək ki, dünən (21 may) radikal təhlükəsizlik naziri İtamar Ben Qvirin Məscidül Əqsaya daxil olması təkcə Fələstin xalqını deyil, bütün müsəlman cəmiyyətlərinin kəskin reaksiyasına səbəb olub.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir