İran Livana hava hücumlarını kəskin qınadı

İran Livana hava hücumlarını kəskin qınadı

İran XİN sözçüsü sionist rejimin Livanın cənubunda yerləşən Zahiyə bölgəsində bir binaya hava hücumlarını pisləyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani dünən gecə (20 sentyabr) onlarla insanın yaralanmasına səbəb olan sionist rejimin Zahiyəyə hava hücumunu pisləyərək deyib: İşğalçı rejimin Livanda rabitə qurğularına kiberhücumdan bilafasilə sonra vəhşicəsinə hava hücumu Beyrutun suverenliyinin pozulması ilə yanaşı beynəlxalq hüquqlara zidd bir işdir. Elə bu cəhətdən də dünya xalqlarının kəskin etirazı tələb olunur.

Şübhəsiz, sionist rejim Qəzzə müharibəsi ilə əlaqədar dünya xalqlarının nifrətini qazandıqdan sonra müharibə miqyasını genişləndirmək, region stabilliyinə zərbə vurmaq məqsədini güdür.

XİN rəsmisi həmçinin İranın Fələstin müqavimətinə dayaq olacağını, şərəfli fələstinlilərə dəstəkdə əlindən gələni əsirgəməyəcəyini də vurğulayıb.

Related posts

İran: TŞ İsrailin xuliqanlığına son qoysun

Mövlud Bayramınız Mübarək!

Cəhənnəmin odunları