İran: İsrailin təcavüzlərinə mütləq cavab veriləcək

İran: İsrailin təcavüzlərinə mütləq cavab veriləcək

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan əvəzedicisi Əl Məyadin telekanalı ilə müsahibədə İrana edilən sionist rejim təcavüzlərinin cüvübsız qalmayacağını vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, General Fədəvi dünən gecə (31 oktyabr) deyib:  İran son 40 ildə sionist rejimin heç bir təcavüzünü cavabsız qoymayıb, qoymayacaq da.

General Fədəvi əlavə edib: General və zabitlərin şəhidliyi müqaviməti zəiflətmək üçün deyil, gücləndirmək üçündür. İsrail Seyid Həsən Nəsrullah və digər generalları şəhid etməklə Hizbullahı öldürdüyünü zənn edir. Amma Hizbullah daha da gücləndi və İranın da sionist təcavüzlərinə cavabı mütləqdir.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan əvəzedicisi davam edib: Əmin olun ki, İran mütləq İsrail rejiminin təcavüzkarlığına cavab verəcək. Biz bu 40 ildə heç vaxt onların təcavüzünü cavabsız qoymamışıq və indi də sadəcə bir əməliyyatla sionistlərin sahib olduğu hər şeyi məhv edə bilərik.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya