İran: İsrail ABŞ-ı özü ilə bataqlıqda batırmaq istəyir

İran XİN rəhbəri Beyruta daxil olduğu ilk anda deyib: İsrail Amerikanı Yaxın Şərq müharibəsində batmaqda olduğu bataqlıqda batırmaq istəyir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bu gün (9 fevral) başçılıq etdiyi heyətlə birlikdə Beyruta səfəri zamanı Amerikanın İsraili Qəzzə soyqırımına dəstəyini dərhal dayandırmasını bir daha vurğulayaraq deyib: Müharibədən 4 ay ötməsinə baxmayaraq Tel Əviv hələ də bircə məqsədinə belə çatmayıb.

Abdullahian həmçinin deyib: Fələstin və Livanda müşahidə olunan uğurlar ilahi qüdrət və Allahın yardımları sayəsindədir. Əlbəttə Livan və Fələstin liderləri siyasi və hərbi arenada tam layiqcəsinə rəftar edirlər.

İran XİN başçısı bu gün dünya səviyyəsində Həmasın uğurları və müqavimət qruplarının şücaətini də diqqət mərkəzinə çəkib.

Related posts

İran: Məsqət müzakirələri hələ ki, dayandırılıb

Qəzza Qəssabı

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik