İran İsrailə 220-dən çox raket atıb

İran İsrailə 220-dən çox raket atıb

Amerikanın ABC telekanalına müsahibə verən yüksək rütbəli ABŞ rəsmisi İranın İsrailə 220-dən çox raket atdığını deyib.

İRNA-nın məlumatına əsasən, ABŞ rəsmisi deyib: İran İsrailə genişmiqyaslı iki mərhələli yarım saatlıq hücumda 220-dən çox ballistik raket atıb.

İsrail ordusunun iddiasına görə, raketlərin əksəriyyəti İsrail və ABŞ-ın rəhbərlik etdiyi müttəfiqlər tərəfindən məhv edilib.

İrandan gələn kütləvi raket hücumunun dəf edilməsində İsrailə təkcə ABŞ deyil, həm də digər tərəfdaşlar yardım edib.

Digər bir məlumata görə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə iddia edərək deyib: İlkin qiymətləndirməmiz budur ki, İsrail ABŞ və tərəfdaşlarımızın birbaşa dəstəyi ilə bu hücumu uğurla dəf edə bildi. Məlumata görə ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, İranın İsrailə raket hücumunun qarşısı tamamilə alına bilərdi, bu müharibə heç vaxt olmamalı idi.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir