İran İslam Şurası Məclisinin sədri bobma altında olan ərazilərə səfər etdi – Video

İran İslam Şurası Məclisinin sədri Beyruta səfəri zamanı Livan hökumətinin baş naziri ilə görüşüb və sonra Beyrutun bombalanmış Zahiyə məntəqəsinə baş çəkib.

İslam Şurasının sədri bölgədə olan jurnalistlərə dedi: Mən bu bölgənin xalqından onlara nə olduğunu soruşdum.
Onlar isə sionist rejim tərəfindən yaşayış məntəqələrinin bombalanmasından söz açdılar.
Livanın bu ərazilərinin sakinləri adi və müsəlman insanlardır.

Məhəmməd Baqir Qalibaf ona verilən bir sualın cavabında əlavə edib: Bu vəziyyətdə, şübhəsiz, İran İslam Respublikası Fələstin və Livan xalqlarına dəstəyini davam etdirəcək. Biz də bu rayonun məzlum və köçkün insanlarına qayğı göstərməyi öz borcumuzdan biri hesab edirik.

Qalibaf başqa bir sualın cavabında deyib: Şübhəsiz, bütün İslam ölkələri sionist rejimin bu cinayətlərini pisləməlidir.

Qafqaztimes

Al-alam

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib