İran helikopteri ABŞ gəmisi üzərində

Qafqaztimes.com TASS-a istinadən xəbər verir: Pentaqonun mətbuat katibi Con Korbi İran hərbi hava qüvvələrinə məxsus vertolyotun ABŞ gəmisinə yaxınlaşması barədə açıqlama verib. Bu yaxınlaşmanı təhlükəli və qeyri-peşəkar adlandıran Kirbi  nəyi nəzərdə tutub? Mətbuat katibi bildirib ki, helikopter sudan 3 m hündürlükdə uçub və gəmiyə 23 metrə qədər yaxınlaşıb!! Kerpbi pilotun hesablamada yanıla biləcəyini  və nəticədə qəzaya səbəb olacağını dilə gətirib. Əslində belə uçuşu şox peşəkar pilotlar bacarır.

Beləcə, ABŞ İran helikopterinin Oman körfəzində Amerikanın USS Essex desant gəmisi üzərində uçuşunu təsdiqləyib. Amerika tərəfi İran helikopterinin 3 dəfə gəmiyə yaxınlaşmasına etiraz bildirməyib. İran tərəfinin hadisəyə münasibəti birmənalı olub: “öz sularımızda istədiyimiz kimi uçuruq”!

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır