İran: Hakimiyyətimizi müdafiə etməyə hazırıq

İran: Hakimiyyətimizi müdafiə etməyə hazırıq

İranın BMT-dəki daimi nümayəndəsi Livan məsələləri üzrə fövqəladə iclasında ölkəsinin hər hansı bir təcavüzkarlıq qarşısında hakimiyyətini qorumağa hazır olduğunu elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əmir Səid İrəvani dünən gecə (10 oktyabr) BMT-dəki çıxışında deyib:Beynəlxalq qanunlara əsasən, İran hakimiyyəti mənafelərini qorumaq və hər hansı bir hücum qarşısında hüquqlarını müdafiə etmək bizim haqqımızdır. İsrail beynəlxalq sülh və təhlükə yaradan bir ölkədir və regionu böyük bir müharibəyə sürükləyir.

İran diplomatı həmçinin vurğulayıb: Livanda humanitar süqut ərəfəsindədir. Beynəlxalq ictimaiyyət bu faciənin daha da pisləşməsini laqeydliklə izləməməlidir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır