İran hərbi nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib – VİDEO

Sentyabrın 10-da İran hərbi nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.

Azərbaycan-İran Birgə Komissiyasının görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Qənimətlər Parkına baş çəkərək Vətən müharibəsində Azərbaycanın düşməndən qənimət götürdüyü texnika ilə tanış olub.

Sonra hərbi heyət açıq səma altında salınan parkda nümayiş olunan atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla yaxından tanış olaraq müxtəlif xatirə fotoları çəkdiriblər.

Qeyd edək ki, Sentyabrın 9-u Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçirilib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək