İran dünyada ikinci mövsümi qrip peyvəndi istehsalçısı oldu

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikası Qrip əleyhinə peyvənd inhisarını sındırıb.

İİR-nın rekombinant mövsümi qrip peyvəndi istehsalçısının əczaçılıq qrupunun baş direktoru: “Bu peyvəndi hazırlamaqla İran dünyada qrip peyvəndi istehsal edən ikinci ölkə oldu və bu məhsulun istehsal inhisarını sındırdı.”

Əmir Fərşçi, jurnalistlərə Alborz əyalətində “Flogard” adlanan ilk mövsümi qrip peyvəndi istehsalının nailiyyətləri barədə açıqlama verərkən deyib: “Bu peyvənd dünyanın ən vacib və strateji peyvəndlərindən biridir.”

Fərşçi dünyada bir çox inkişaf etmiş ölkələrin hələ də bu peyvəndi istehsal edə bilmədiklərini vurğulayaraq sözlərinin davamında belə əlavə edib: “Hal-hazırda dünyada tək bir şirkət rekombinant qrip peyvəndi istehsal edir və biz bu peyvəndin ikinci beynəlxalq istehsalçısıyıq.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib