İran Danimarkada Qurana ehtiramsızlığı qınayır





İran İslam Respublikası XİN mətbuat katibi Danimarkada qurani Kərimə olan hörmətsizliyi kəskin şəkildə qınadı.
Əl Aləm telekanalının məlumatına əsasəN. Nasir Kənani bu gün (22 iyul) islam icması və müsəlman dövlətlərin vəhdətinin zərurətini vurğulayaraq müqəddəslərə ehtiramsızlıq müqabilində sakit qalmamağı tövsiyə edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin Danimarkada İslamın müqəddəs kitabı Qurana qarşı yeni təhqiramiz hərəkəti kəskin şəkildə pisləyib Danimarka hökumətini bu cür mənfur əməllərin təkrarlanmaması üçün qəti addımlar atmağa çağırıb.
N.Kənani həmçinin vurğulayıb: İslam Repsublikası nöqteyi-nəzərindən Danimarka dövləti Qurani Kərim və digər müqəddəslərə hörmətsizlik edənlərin qarşısını almalı, bu cinayəti törədənlərin cəzalandırılmasında məsuliyyət daşıyaraq dünya müsəlmanlarına hörmət etməlidir.
Xatırladaq ki, İsveçdə müqəddəslərə hörmətsizlikdən sonra dünən (21 iyul) İraqın Danimarkanınn Kopenhagen şəhərindəki səfirliyi qarşısında bir neçə radikal Qurani Kərimi yandıraraq müsəlmanların hiddətinə səbəb olublar.

Related posts

Livan müqaviməti sionistlərə yenə ağır zərbə vurdu

Dövlət Departamenti: Qəzzəyə humanitar yardım aparan yek avtomobillərinə hücumların məsuliyyəti İsrail üzərinə düşür

Həmas: ABŞ-ın sanksiyaları işğalçılara dəstək məqsədi güdür