İran Cenin hadisələrinə reaksiya verdi

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi dünən (18 iyun) sionist rejimi hərbçilərinin Cenin qaçqın düşərgəsinə “barbar və cinayətkar” hücumunu kəskin şəkildə pisləyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani son zamanlar saxtakar rejimin İordan çayının qərb sahilində və Qəzzə zolağında cinayətlərini kəskin şəkildə pisləyib və Fələstin vətəndaşlarının, o cümlədən qadın, uşaq və qocaların qətliamını, fələstinlilərin evlərinin və mülklərinin sökülməsini “mütəşəkkil cinayətkarlıq və dövlət terrorizminin” bariz nümunəsi olduğunu vurğulayıb.

N.Kənani BMT və dünya ölkələrinin İordan çayının qərb sahilində sionist qəsəbələrinin genişləndirilməsi ilə bağlı laqeydliyinin narahatedici olduğunu qeyd edərək deyib: Qərbin bu məsələ ilə bağlı susqunluğu qəbuledilməzdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur