İran BMT-yə məktub yazdı

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi və Təhlükəsizlik Şurasın dövri sədrinə xitabən yazdığı məktubda İsfahan şəhərindəki müdafiə nazirliyinin sənaye kompleksinə terror hücumu və Ukrayna dairələrinin bu haqda çıxışlarına reaksiya bildirib.

Tabnakın verdiyi məlumata əsasən, Əmir Səid İrəvani yazıb: “İlkin araşdırmaların nəticələrinə görə, İsfahan şəhərindəki sənaye kompleksinə terror hücumunun arxasında sionist rejimin dayandığı məlum məsələdir. Cinayətkar rejimin bu mövqeyi beynəlxalq qanunların ziddinədir.

İranın nümayəndəsi bu məktubda, sionist rejim başçısının 27 yanvarda NATO-nun qərargahındakı çıxışı, bu rejim ordu qərargah rəisinin 16 yanvarda verdiyi bəyanatlara istinadən İranın dinc məqsədli nüvə obyektlərinə güc tətbiq etmək hədəsinə və beynəlxalq qanunların və BMT nizamnaməsinin açıq-aşkar pozulmasına öz etirazını bildirb.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq