İran Azərbaycana yeni səfir təyin edib və o, tezliklə Bakıya gedəcək.
Təsnim” İnformasiya agentliyinin məlumatına əsasən, ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.
Məlumata görə, İranın yeni səfirinin Azərbaycan Respublikasına təyin olunması ilə iki ölkə arasında diplomatik əlaqələrin genişlənəcəyi, əməkdaşlıqların daha da intensivləşəcəyinə ümid edilir.