İran-Azərbaycan nazirləri telefonda münasibətləri müzakirə etdi

İran İslam Respublikası və Azərbaycan Respublikasınınn xarici işlər nazirləri telefonda ikitərəfli münasibətləri müzakirə ediblər.

Təsnim İnformasiya Agenltiyinin məlumatına əsasən, İran XİN başçısı Hüseyn Əmir Abdullahian dünən (25 iyun) əməkdaşı Ceyhun Bayramovla telefon danışığında iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və eləcə də ölkələr arası əməkdaşlıq perspektivləri əsas mövzu olub.

Tərəflər həmçinin müvafiq və səlahiyyətli qurumlar arasında danışıqların və qarşılıqlı təmasların vacibliyini də vurğulayıblar. Danışıqda iki ölkə arasında iqtisadi və nəqliyyat layihələri də daxil olmaqla regional əlaqələrin bir sıra məsələləri haqda fikirlər də səslənib.

Bununla yanaşı, ikitərəfli gündəlikdə duran həlli zəruri olan məsələlərə dair danışıqların davam etdirilməsinin və onların həllinin əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı həmçinin bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib